歌词塔 搜索歌曲

Bəyaz Məmləyim歌词

歌手:Zamiq Huseynov 专辑:Bəyaz Mələyim

作词 : Leyli Erol
作曲 : Zamiq Huseynov
Tələsirəm mən bu gecə
Gəlmək üçün görüşünə
Bir azdan bax pəncərədən
Keçirəm arxa küçədən

Bilirəm ki, gözləyirsən
Gözün qalıb telefonda
Bilirəm ki, düşünürsən
Yarı canın qalıb burada

Həyatıma gəldiyin gündən
Məni dünyanın ən xoşbəxt insanı etdin
Səni tanıdıqdan sonra
Xoşbəxt insanları anlamağa başladım
Nə yaxşı ki, gəldin dünyama

Bu dünyada səni tapandan
Həyata anlam başladı başdan
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim

Gözümün önündən keçir
Bir il öncə bu həmin gün
Şəhərin bir kafesində
Ən uzaqdakı masada

Sanki xəyala dalmışdım
O an sənə vurulmuşdum
Sanki səni axtarırdım
O gündən sonra tapmışdım

Bu dünyada səni tapandan
Həyata anlam başladı başdan
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim

Bu dünyada...
Bu dünyada mən tənhalığı
Sənin sayəndə unutdum çoxdan
Bəyaz mələyim

更多>

Zamiq Huseynov最新专辑

更多>

Zamiq Huseynov最新歌曲